Vüsalə Eyvazova ali tibb təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində almışdır. Daha sonra M. Əfəndiyev adına klinik xəstəxananın doğum şöbəsində klinik təcrübə keçmiş, mama-ginekologiya sahəsində peşəkar hazırlığını Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində diplomdan sonrakı təhsillə davam etdirmişdir.
Azərbaycana qayıtdıqdan sonra özəl tibb müəssisəsində fəaliyyət göstərmiş, daha sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mama-ginekologiya istiqaməti üzrə rezidentura proqramına qəbul olunmuşdur. Rezidentura dövründə Respublika Klinik Xəstəxanasının patoloji doğum şöbəsində beş il ərzində klinik təcrübə qazanmışdır.



